Dilimizdə yanlış yazılış və deyilişlərdən bir neçəsi

Yolağa
Orfoqrafik lüğətimizdə (sözlərin düzgün yazılışını müəyyən edən normativ sözlükdə) “yolağa” sözümüz var. Ancaq “yolağa” yazılışı düzgün yazılış deyil, “yolağı” olmalıdır. Yuxarıdan, hündür bir yerdən, məsələn dağların başından yollara baxanda yollar ağ cızıqlar kimi görünür, ağarır. “Yolun ağına düşmək” deyimindən də bunu görmək olur. Bir sözlə, söhbət yolun ağından gedə bilər, ağasından yox. “Yolağa” ifadəsi tamam yanlışdır, orfoqrafik norma “yolağı” olmalıdır.

Haçan
Dilimizdə “h” fonemi “hansı”, “hara” “haçan” kimi suallarda qarşımıza çıxır. İç-içəri, dış-dışarı, bu-bura sözlərindən də gördüyümüz kimi -(a)rı, -(ə)ri, -(a)ra şəkilçiləri yön, istiqamət bildirirlər (Bu şəkilçilərin etimoloji kökü isə, görünür, “yer”dir). “Hara” “h” və “ara”dan düzəlir, “hansı” “h” və “nəsnə”dən düzəlir və s.

“Haçan”a gəldikdə, bu, orfoqrafik norma ola bilməz. Doğru variant “haçağ”dır, “haçan” yox. Çünki dilimizdə vaxt anlamında “çağ” sözü var, “axşamçağı”, “haçağacan” və s. Deməli, “haçağ” “h” və “çağ”dan düzəlib. (Türkiyəlilər “çağ”a uzun vaxt, dövr, epoxa anlamı veriblər). Orfoqrafik norma “haçaq” yazılışı olmalıdır. Təbii ki, canlı danışıqda “haçaq” “haçağ” kimi səslənəcəkdir. Ancaq “haçan” və yaxud “haçanacan” yazmaq da, demək də yanlışdır.
Ardı →

Fonetika,leksika, morfemikadan testlər

  1. Aşağıdakı sözlərdən hansı  “oo” sait qoşalığı [ a ] kimi tələffüz edilir?

a)      Kooperativ   b) zoologiya  c) zoopark  d) zootexnik   e) zooloji 

2. “Arxeologiya, teatr, maneə, teorem “ sözlərinin tələffüzü hansı bənddə düzgün göstərilmişdir?

a)      [arxiyalogiya], [tiyatr], [ma:niyə ], [tiyarem]

b)      [arxiyologiya], [teyatr], [maneyə], [teyarem]

c)       [arxeologiya], [teatr], [maneə], [teyarem]

d)      [arxeyologiya], [tiyatr], [maniyə], [teyorem]

e)      [arxeyo:logiya], [tiyorem], [ma:niyə], [tiyarem] 


Ardı →

Zərf oğru nitq hissəsidir

Sifət artıq dözə bilmirdi. Hər gün içini yeyir, dərdi ilə dərdləşirdi. Məhkəmənin başlayacağını gözləyirdi. Məhkəmə başladı. Hakim ilk sözü elə iddiaçılardan Sifətə verdi:
-Hörmətli hakim, mən tələb edirəm ki, zərf adı ilə var olmayan qondarma nitq hissəsi adını ləğv edəsiniz. Bir zamanlar sizin xahişinizlə belə bir nitq hissəsinin yaradılmasına razılıq da vermiş, hətta qanımdan, canımdan olan bəzi sözlərimi onun mülkiyyətinə vermişdim. Amma bu gün anası, atası bəlli olmayan məxluq əhli-əyalıma hücum edir, yoldan çıxardır. Mənim adım üstümdədir, əlamət və keyfiyyət bildirirəm. Nə dəxli var ki, bu əlamət və keyfiyyət əşyanın olsun, yoxsa hərəkətin. Yaxşı adam birləşməsində “yaxşı” sifət ola bilir, yaxşı danışmaq birləşməsində niyə olmasın. “”
Hörmətli hakim, siz təsəvvür edin ki, artıq mənim elə sözüm qalmayıb fellə işlənə bilməsin. Hətta şayiələr yayılıb ki, bu nankor orda-burda deyir: -sənsiz, könülsüz tipli sözlər də zərfdir. (üzünü zərfə tərəf tutub qışqırır) Bu utanmazlıqdır, bu həyasızlıqdır, nə qədər ki, bu rəzalət dilçiliyi beynəlxalq elmlər məhkəməsinə aparmayıb qərarınızın ədalətli olmasını xahiş edirəm.
Ardı →

Dillər haqqında

Belə bir xalq məsəli var: «Adamı paltarına görə qarşılayır, ağlına görə yola salırlar». Bəs adamın ağlının kəmliyini və kəlləsərliyini nə ilə müəyyən edirlər? Əlbəttə ki, onun necə və nə barədə danışığı ilə. Adamın nə qədər söz bilməsi onun xarakterinin güzgüsü kimi qiymətləndirilir. Məsələn, böyük ingilis dramaturqu Uilyam Şekspirin dilinin lüğət tərkibi on iki min sözdən ibarət idi. Bu, indi də yüksək göstərici sayılır. Lakin tanıdığımız adamlar arasında dil lüğətinin kasadlığı ilə seçilənlər də az deyildir. Söz kasadlığı səbəbindən bir çoxları danışarkən qarışıq Azərbaycan-rus sözləri işlətməyi özlərinə eyib saymır, elə bilirlər ki, kənarda duranlar onların «urusuycax» danışığını eşidərkən təəccüblənərək deyəcəklər: «Gör bir kişi urus dilini nə qədər yaxşı bilir». H
Davamı →

Linqvistik vineqret

Gənə, bilirsiniz, kakoy malenkiy parazit?!
Bu, o deməkdi ki,… paloçka razvivayetsya və miningit xəstəliyi tutur… Belə bir primer gətirəcəyəm… Və burda çyotki qran olmalıdı: bu, nə gənədi? Bu gənələr belədi ki, bunların ayağları da var. Bunlar yaşıyırlar — produkt jiznedeyatelnosti var. To yest bunların taksinlər də var… Və ən pisi budur ki, əgər samoleçeniye gedirsə, yaxud da neprofessional, bu, sıxılırsa, demək, sıxanda ətrafını zədəliyirsən… Onla yolxamaq çox xasandı. Bəzilərdə qızartı bir az burun nahiyədə qızartıdır… Onunnan kutarmaxda böyük adamda səbir tələb eliyir… Biz uje, bilirsinizimi… dəhşətli bir kartina yaranır. Sabahları, bilirsinizimi, bizdə qruppa riska var. Spesifik qruppa riska var, hansı ki, gənə yaratmax üçün şərtlər var orda… Siz onu portağal kimi, apelsin deşiklər kimi görürsünüz.
Ardı →

Omonim sözlər

Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn: ət maşını, minik maşını
Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlərdir, yəni omonimlərdir. Məsələn: ləpə–su dalğası, ləpə-qoz ləpəsi.
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərində sıra nömrəsi qoyulur:

  • Divan – oturmaq üçün vasitə;
  • Divan – şeirlər külliyyatı.

Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-ayrı mənaları bildirir.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur.


Davamı →

Başlanğıc

Salam, əziz bloqçular. Adım Gio. Bakıda anadan olmuşam və artıq 27 ildir ki, burada yaşayıram. Özüm haqqında çox danışmaq istəmirəm. İşləyirəm, xarici dillərlə maraqlanıram, qitarada çalmağı öyrənirəm. Bu bloqun açılmasının bir məqsədi var – sizin köməyinizlə Azərbaycan dilini öyrənmək. Amma bu fikrinin həyata keçirilməsinin qabağında iki maneə əmələ gələ bilər. Birincisi odur ki, bir az tənbələm. İkincisi və daha vacib isə bu təşəbbüsdə sizin marağınız olmamasi və iştirak etməməsi.
Bloqumun formatı bu cür təsəvvür edirəm: postda rusca ya ingiliscə bir mətn yazıram və sonra onu tərcümə edirəm, siz isə öz şəhrində səhvlərimi göstərirsiz və izah edirsiz niyə belə yazmaq olmaz. Çalışaram ki, mətnlər maraqlı olsun.
Yeri gəlmişkən, yuxarıda yazdıqlarımda səhvlər çoxdur? :)
Davamı →

Artıq "uje" demirəm!

Dil, Dil, Dil… Milli qürurumuz. Ayaqlar altına atdığımız — qürurumuz! Bu haqda çox yazılıb, çox deyilib… Çox da deyiləcək hələ..Bu həm əziz, həm doğma, həm də dərin və yaralı bir mövzudur.
Savadsızlıq baş alıb gedir. Buna sübut lazım deyil, elə, küçələr, divarlar, pəncərələr bundan bar-bar bağırır. Maariflənmə mütləqdir, mütləq. Yoxsa dilimizin aqibəti necə olacaq bilmirəm. Özü də çoxlarımız buna öyrəşirik, çoxlarımızı qınamalı deyil, çünki, evdə belə eşidirik və belə də danışırıq, bu da ondan irəli gəlir ki, Azərbaycan Sovetin tərkibində olub və bu da insanlara dil baxımından az təsir etməyib. Bunun nəticəsini də müxtəlif qüsurlara məruz qalaraq dilimiz çəkir. Amma, bunu düzəltmək, dilimizdə olan bu xəstəliyi sağaltmaq bizim əlimizdədir. Lakin, çoxlarımız üçün təəssüf bu önəm daşımır və bu xəstə dil zamanla axı ölə də bilər.
Ardı →

Dilim dilim olasan dilim

 


Sizə ingiliscə bir şeir təqdim etmək istəyirəm.

SOME AT WORK ON

I'L BE LIAR KISSEN MAN I'M SON? 
YOUR DOOM YOU'VE I'M MUST CAN I'M SON!
AND I'M DOG MY WATER NEAR I'M SON!

İlk baxışdan mənasız söz yığını olduğunu düşünəcəksiniz amma qərar verməyə tələsməyin ardını oxuyun


Ardı →